kox çöpləri 2021

kox çöpləri
kox
kok
OBASTAN VİKİ
Bağırsaq çöpləri
Escherichia coli- Enterobacteriaceae fəsiləsinin Escherichia cinsinə daxildir. İnsan patologiyalarında əhəmiyyət kəsb edən E.coli növü ilk dəfə 1885-ci ildə T. Eşerix tərəfindən nəcisdən əldə edilmiş və onun şərəfinə də adlandırılmışdır. Morfo-bioloji xüsusiyyətləri. E.coli ölçüləri 0,5–3,0*0,5–0,8 mkm olan qram mənfi qısa çöplərdir. Peritrix flagellalar hesabına hərəkətlidirlər. Bir çox ştammları mikrokapsula əmələ gətirir. Fakultativ anaerobdur, adi qidalı mühitlərdə 37° temperaturda pH 7.2–7.6 intervalında asanlıqla inkişaf edir. Bərk qidalı mühitlərdə hamar, azacıq qabarıq, parlaq, yarımşəffaf koloniyalar əmələ gətirir. Maye mühitlərdə diffuz bulanıq və çöküntü əmələ gətirir. Laktozanı parçaladığı üçün Endo mühitində metal parlaqlığı olan moruğu-qırmızı, MacConkey mühitində çəhrayı, eozin-metilen abısı mühitində (Levin mühitində) tünd bənövşəyi koloniyalar əmələ gətirir.
Kox adası
Kox adası (ing. Koch Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012). == Coğrafiya == Adanın sahəsi 458 km², sahil xəttinin uzunluğu isə 130 km-dir. O qədərdə kiçik olmayan ada Foxs körfəzinin şimal hissəsində, Baffin Torpağının qərb sahilində yerləşir. Bu nəhəng adanın Nunavut yarımadasından 14 km cənub-qərbdə Stensbi körfəzinin girişi ilə üzbəüz qərarlaşır. Ən yaxın adalar: Rouli adası 10 km cənubda (Labrador boğazı boyunca), Brey adası 33 km cənub-şərqdə, Yens Munk adası 28 km qərbdə yerləşir. Kox adasının uzunluğu 41,5 km (şimal-şərqdən cənub-qərbə) və eni şimalda 15,5 km-dən cənubda 5 km-ə qədərdir. Ərazi alçaq və ifadəsizdir. Adanın çox hissəsi dəniz səviyyəsindən cəmi 10–20 metr yüksəklikdədir.
Kox şamı
Kox şamı - (lat. Pinus kochiana Klotzsch ex C.Koch.) — şamkimilər fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir - NT. Azərbaycanın nadir mövüdür. == Qısa morfoloji təsviri == Hündürlüyü 15-20 (35) m-ə çatan həmişəyaşıl ağacdır. İynəyarpaqları düzdür və yaxud bir qədər əyiləndir, sərtdir, ucları itidir, göyümtül-yaşıl və ya göy rəngdədir. Qozaları qısa-yumurtavari və yaxud uzunsov-ovaldır, qonur-boz rəngdə, parlaqdır, tək-təkdir və yaxud 2-4-ü bir yerdədir. Toxumları bozumtuldur, 4–5 mm-ə qədər uzunluğunda, 2- enindədir, qanadlarının uzunluğu 12–15 mm-dir. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Mart-aprel aylarında tozlanır, qozaları ikinci il yetişir. Ancaq toxumla çoxalır. Tozlanması anemofildir.
Robert Kox
Robert Kox (alm. Heinrich Hermann Robert Koch‎; 11 dekabr 1843[…] – 27 may 1910[…], Baden-Baden, Baden knyazlığı[d]) — Məşhur alman alimi, Nobel mükafatı laureatı == Həyatı == 1843-cü ildə Almaniyanın Klaustal-Sellerfeld şəhərində dünyaya gəlmişdir. Uşaq çağlarından təbiətşünaslığa böyük maraq göstərən Robert Klaustal şəhər gimnaziyasında orta təhsilini bitirdikdən sonra Gettingen Universitetinə daxil olmuşdur. O dövrdə həmin universitetdə İakov Henle, Georq Meyssner, Karl Qasse kimi məşhur alimlər dərs deyirmiş. Əvvəlcə fizika və botanika, sonra isə tibb sahələrinə maraq göstərən Kox mikroblar və onların insan orqanizminə təsiri üzrə elmi-təcrübi araşdırmalar aparmışdır. Məşhur fransız alimi Lui Pasterin tədqiqatları isə onun bu sahəyə elmi marağını daha da artırmışdır. == Fəaliyyəti == Robert Kox 1866-cı ildə təhsilini başa vurub, xəstəxanalarda çalışmışdır. Həmin vaxtlar o, demək olar ki, elmi araşdırmalarla məşğul olmamışdır. Lakin 1870-ci ildə başlamış Fransa–Prussiya müharibəsində səhra hospitalında həkim kimi fəaliyyət göstərərkən infeksional xəstəliklərin müalicəsi üzrə xeyli təcrübə toplamışdır. Xüsusilə də, xolera xəstəliyi ilə mübarizədə bir sıra mühüm elmi yeniliklər qazanmışdır.
İlza Kox
İlza Kox (1906–1967) — nasist cəlladı. İlza Kox Almaniyanın Drezden şəhərində fəhlə ailəsində anadan olmuşdur. İkinci Dünya Müharibəsi zamanı öz qəddarlığı ilə tarixdə qalmışdır. == İlza Koxun cinayətləri == İlza Kox əsirlərin dərilərini soyduraraq qurudur və onlarla otağını bəzəyirdi. Onun bir sadistliyi də bədənində döymə olan əsirləri dərhal ölümə göndərməsi idi. Döymə dərilər quruduqdan sonra onlardan yataq otağındakı çarpayının, stolun və digər əşyaların üstünü örtmək üçün istifadə edirdi. Əri Karl da ondan geri qalmırdı. O da əsirlərə olmazın işgəncələr verirdi. Buhenvaldda içində vəhşi heyvanlar saxlanan kiçik bir heyvanat bağı vardı. Bu əsir düşərgəsindən bir təsadüf nəticəsində sağ çıxmağı bacaran Morris Hubert sonralar məhkəməyə şahid qismində verdiyi ifadəsində belə demişdi: "Düşərgədə içində ayı və bir qartal olan qəfəs vardı.
Yuri Kox
Yuri Kox (y.sorb Jurij Koch; 15 sentyabr 1936) — Yuxarı Sorb, Aşağı Sorb və Alman dillərində yazan sorb yazıçısı, jurnalisti, dramaturq və tərcüməçisi. Yakub Çişinski adına mükafat laureatı. == Bioqrafiya == Yuri Kox işçi ailəsində anadan olub. Krostvitz, Bautzen və Kottbusda orta təhsilini başa vurduqdan sonra 1956-1960-cı illərdə Leypsiqdəki Karl Marks Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. 1961-1966-cı illərdə Leypsiq Universitetinin Teatr sənəti fakültəsinin aspirantı olub. Radioda redaktor və jurnalist işləyib. 1976-cı ildən sərbəst jurnalist kimi fəaliyyət göstərir. Tərcümələrlə məşğul olur. O, Anton Çexovun əsərlərini və Boris Polevoyun “Bizim Lenin” kitabını yuxarı lusatian dilinə tərcümə edib. 1974-cü ildə Yakub Çişinski adına mükafata layiq görülüb.
Karl Lüdviq Kox
Karl Lüdviq Kox (alm. Carl Ludwig Koch‎; 21 sentyabr 1778 – 23 avqust 1857, Nürnberq, Mərkəzi Frankoniya) — Almaniya entomoloqu və araxnoloqu. O, çoxlu sayda hörümçəkləri təsnif etmişdir. == Əsərləri == Die Pflanzenläuse, Aphiden. Lotzbeck, Nürnberg 1857. Übersicht des Arachnidensystems. Zeh, Nürnberg 1837–50. Deutschlands Crustaceen, Myriapoden und Arachniden. Pustet, Regensburg 1835–44. Die Arachniden.